featured-image-40016

Azərbaycan Premyer Liqasında XIV tura start verilib.

Msport az xəbər verir ki, günün yeganə matçında “Qarabağ” “Sabah”ın qonağı olub.

“Bank Respublika Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

32-ci dəqiqədə meydan sahiblərindən Emmanuel Apeh 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. “Köhlən atlar”da Toral Bayramov 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. İki dəqiqə sonra Nəriman Axundzadə komandasının ikinci qoluna imza atıb. 63-cü dəqiqədə Cesse Sekidika “bayquşlar”ın təsəlli qolunun müəllifi olub.

Bu nəticədən sonra xallarının sayını 29-a çatdıran “Qarabağ” liderliyə yüksəlib. “Sabah” 16 xalla 7-cidir.

Qeyd edək ki, turun digər görüşləri 25-26 noyabrda olacaq.

___________________________

Azərbaycan Premyer Liqasında bu gün XIV tura start veriləcək.

Msport.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

Son çempion “Qarabağ” “Sabah”ın qonağı olacaq. “Bank Respublika Arena”dakı matç saat 20:00-da start götürəcək.

Meydan sahibləri 16 xalla 7-ci pillədə qərarlaşıblar. Ağdam təmsilçisi 26 xalla ikinci sırada yer alıb.

Azərbaycan Premyer Liqası

XIV tur

20:00. “Sabah” – “Qarabağ” 1:2
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 25-26 noyabrda təşkil ediləcək.

Bənzər xəbərlər