Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı 2 qolla üstələdi
Azərbaycan Premyer Liqasının XXXIII turunda “Qarabağ” evdə “Sumqayıt”ı məğlub edib.
Msport.az xəbər verir ki, “Azersun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meydan sahiblərinin heyətində 59-cu dəqiqə Yassin Benzia, 82-ci dəqiqədə isə Kadi Borqes fərqlənib. Ötən tur çempionluğu rəsmiləşdirən “Qarabağ” bu nəticədən sonra 80 xalla turnir cədvəlinə başçılıq edir. 8-ci yerdə olan “Sumqayıt”ın isə 30 xalı var.
XXXIII tura bu gün keçiriləcək “Neftçi” – “Kəpəz” matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, turun əvvəlki görüşlərində “Zirə” evdə “Turan Tovuz”a qalib gəlib – 1:0. “Araz-Naxçıvan” – “Sabah”, “Şamaxı” – “Səbail” qarşılaşmaları isə 1:1 hesabı ilə nəticələnib.