featured-image-39069

Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

Msport.az xəbər verir ki, sonuncu qarşılaşmada “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.

“Köhlən-atlar”ın heyətində Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza ata bilib.

Bu nəticədən sonra xallarının 20-yə çatdıran “Araz-Naxçıvan” ikinci sıradakı “Qarabağ”a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

_________________

Azərbaycan Premyer Liqasında XI tur bu gün başa çatacaq.

Msport.az xəbər verir ki, son gündə çempion “Qarabağ” “Araz-Naxçıvan”la üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da başlanacaq.

Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə vahid liderliyə yüksələcək. Əks təqdirdə isə “Araz-Naxçıvan” ikinci pillədəki rəqibi ilə xal fərqini aradan qaldıracaq.

Premyer Liqa
XI tur
30 oktyabr (bazar ertəsi)

19:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəşad Əhmədov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev.
Tofiq Bəhramov adına Respublika stadionu.

“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 10. Orxan Əliyev, 3. Turan Manafov, 2. Abdulla Rzayev, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 9. Elvis Maşike, 8. İsmail Azzaui

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 55. Bədavi Hüseynov (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 29. Marko Vesovic, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 19. Redon Cica, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 11. Adama Diakabi, 18. Olavio Juninyo

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Zirə” “Səbail”lə (2:2), “Sumqayıt” “Qəbələ” ilə (0:0) bərabərə qalıb, “Turan Tovuz” “Kəpəz”ə (4:0), “Sabah” isə “Neftçi”yə (1:0) qalib gəlib.

Bənzər xəbərlər