featured-image-63537

Azərbaycan Premyer Liqasının XXIX turunda “Qarabağ” “Zirə”ni məğlub edib.

Msport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda ev sahibləri 1:0 hesablı qələbəyə sevinib.

Yeganə qolu 15-ci dəqiqədə cərimə zərbəsindən Kadi Borqes vurub. Bakılıların heyətində 90+9-cu dəqiqədə Qismət Alıyev penalti zərbəsindən yararlana bilməyib.

Ağdam təmsilçisi 70 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik “Zirə” ikincidir.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında “Səbail” doğma meydanda “Turan Tovuz”la qolsuz heç-heçə edib. “Kəpəz” isə səfərdə “Sabah”a (1:0) qalib gəlib.

Bənzər xəbərlər