featured-image-64859

Azərbaycan Premyer Liqasında 34-cü tura start verilib.

Msport.az xəbər verir ki, açılış matçında “Sabah” “Şamaxı”nı qəbul edib.

Oyun paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin qollarını 12 və 72-ci dəqiqədə İqor Noqeyra, 90+3-cü dəqiqədə Pavel Safranko vurub. Qonaqlarda Leroy Mikels 26-cı dəqiqədə fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 44-ə çatdıran “Sabah” 5-ci pillədə qərarlaşıb, “Şamaxı” isə 36 xalla 7-ci sıradadır.

Qeyd edək ki, tura mayın 11-də yekun vurulacaq.

Bənzər xəbərlər