Premyer Liqa: "Sabah"dan darmadağın, "Neftçi"dən qələbə - YENİLƏNDİ
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.
Msport.az-ın məlumatına görə, günün ikinci matçında “Neftçi” “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma “ağ-qaralar”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Paytaxt təmsilçisində 5-ci dəqiqədə Filip Ozobiç, 56-cı dəqiqədə Rəhman Hacıyev, 73-cü dəqiqədə Aaron Olanare fərqlənib. Bölgə klubunda qolları 8-ci dəqiqədə Roderik Miller, 59-cu dəqiqədə Otto Con vurub.
Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran “Neftçi” üçüncü pilləyə yüksəlib. “Turan Tovuz” 16 xalla 8-ci sıradadır.
Qeyd edək ki, günün ilk görüşündə “Sabah” “Səbail”i dörd cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Kəpəz” “Qəbələ”ni (3:0) səfərdə məğlub edib. “Zirə” – “Araz-Naxçıvan” matçında isə hesab açılmayıb.
___________________________
Azərbaycan Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ilk matçında “Sabah” “Səbail”i qəbul edib.
“Bank Respublika Arena”dakı qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 7 və 21-ci dəqiqədə Sofian Çakla, 28-ci dəqiqədə Cesse Sekidika, 59-cu dəqiqədə Vinsent Til vurub.
“Sabah” 22 xalla 7-ci, “Səbail” 23 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, günün ikinci görüşündə “Neftçi” “Turan Tovuz”u qəbul edəcək. Turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Kəpəz” “Qəbələ”ni (3:0) səfərdə məğlub edib. “Zirə” – “Araz-Naxçıvan” matçında isə hesab açılmayıb.
______^__________________________
Azərbaycan Premyer Liqasında XVI tur bu gün başa çatacaq.
Msport.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Günün ilk matçında “Sabah” “Səbail”i qəbul edəcək. Meydan sahibləri 19 xalla 7-ci, qonaqlar 23 xalla 4-cü pillədə qərarlaşıb.
Tura “Neftçi” – “Turan Tovuz” görüşü ilə yekun vurulacaq. Paytaxt klubu 19 xalla 6-cı, bölgə təmsilçisi 15 xalla 8-ci sıradadır.
Azərbaycan Premyer Liqası
XVI tur
15:00. “Sabah” – “Səbail” 4:0
Hakimlər: Elçin Məsiyev, Vüsal Məmmədov, Şirmamed Mamedov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Bank Respublika Arena”
18:00. “Neftçi” – “Turan Tovuz” 3:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Neftçi Arena”
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Kəpəz” “Qəbələ”ni (3:0) məğlub edib. “Zirə” – “Araz-Naxçıvan” matçında isə hesab açılmayıb.







