Premyer Liqa: “Şamaxı” və “Sabah” səfər sınağında
Azərbaycan Premyer Liqasında bu gün XXIII tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə iki oyun keçiriləcək.
İlk olaraq Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz”lə “Şamaxı” üz-üzə gələcək. Gəncəlilər qalib gələcəyi təqdirdə turnir cədvəlində rəqibini qabaqlayacaq.
Turan “Səbail” “Sabah” matçı ilə yekun vurulacaq. Paytaxt təmsilçilərindən “Səbail” elitada qalmaq, “Sabah” isə avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparır.
Premyer Liqa
XXIII tur
17 fevral (bazar ertəsi)
16:00. “Kəpəz” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Elvin Bayramov
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tovuz şəhər stadionu
19:00. “Səbail”– “Sabah”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Teymur Teymurov, Kamran Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”