Premyer Liqa: “Səbail”in vida oyunu
Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 36-cı turuna start verilir.
Msport.az xəbər verir ki, tura “ASCO Arena”da start veriləcək.
Günün yeganə matçında “Səbail” “Sumqayıt”ı qəbul edəcək. Oyun hər iki komanda üçün formal xarakter daşıyır. Bu, elitanı tərk edən “Səbail”in Premyer Liqada son görüşüdür.
“Sumqayıt” isə 30 xalla 9-cu pillədədir.
Azərbaycan Premyer Liqası
36-cı tur
23 may
19:30. “Səbail” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Sevda Nuriyeva, Elvin Bayramov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“ASCO Arena”
Qeyd edək ki, tura mayın 25-də yekun vurulacaq.