"Səbail" "Kəpəz"lə heç-heçə etdi, "Qəbələ"dən 4 cavabsız qol - YENİLƏNDi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ikinci matçında “Qəbələ” “Turan Tovuz”u qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42, 49 və 85-ci dəqiqələrdə Bilel Auaşeriya fərqlənib. 53-cü dəqiqədə Samuel Tetteh adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 11-ə çatdıran “Qəbələ” 9-cu pilləyə yüksəlib. Tovuz təmsilçisi 15 xalla 8-ci yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə “Səbail” evdə “Kəpəz”lə qolsuz heç-heçə edib. Ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.
___________^_________
Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Msport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Kəpəz”i qəbul edib.
“ASCO Arena”dakı qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Bu nəticədən sonra “dənizçilər” 21 xalla 3-cü, qonaqlar 10 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci görüşündə “Qəbələ” “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Bu oyun saat 16:00-da başlanacaq.
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” matçları ilə yekun vurulacaq.
————————————————————
Azərbaycan Premyer Liqasında XIV turun daha iki oyunu baş tutacaq.
Msport.az xəbər verir ki, matçlardan biri Bakıda, digəri Qəbələdə olacaq.
İlk olaraq “Səbail” “Kəpəz”i sınağa çəkəcək. “ASCO Arena”dakı qarşılaşma saat 14:00-da başlanacaq. “Dənizçilər” 21 xalla 4-cü, “Kəpəz” 9 xalla 9-cu pillədə qərarlaşıb.
Günün ikinci matçı Qəbələdə gerçəkləşəcək. Şəhərin eyni adlı komandası “Turan Tovuz”un müqavimətini qırmağa çalışacaq. Meydan sahibləri 8 xalla sonuncu – 10-cu, qonaqlar 15 xalla 8-ci sırada yer alıblar.
Azərbaycan Premyer Liqası
XIV tur
25 noyabr (şənbə)
14:00. “Səbail” – “Kəpəz” 0:0
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”
16:00. “Qəbələ” – “Turan Tovuz” 4:0
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Sabah”ı 2:1 hesabı ilə üstələyib. Tura noyabrın 26-da oynanılacaq “Neftçi” – “Araz-Naxçıvan” və “Sumqayıt” – “Zirə” görüşləri ilə yekun vurulacaq.







