Premyer Liqa tarixinin 12-cisi – “Zirə”
Azərbaycan Premyer Liqasının 31-ci turunda “Sumqayıt”la oyun “Zirə” üçün yubileylə yadda qalıb.
Msport.az xəbər verir ki, qəsəbə təmsilçisi Azərbaycan çempionatlarında qol sayını 350-yə çatdırıb.
Bakılıların 3:1 hesabı ilə qalib gəldiyi görüşdə ilk topu Premyer Liqada 350-ci olub. Həmin qolun müəllifi Georgi Papunaşvilidir.
Hazırda “Zirə”nin aktivində 352 qol var. Komanda bunun 193-nü evdə, 159-nu isə səfərdə vurub. “Qartallar” ölkə çempionatları tarixində 350 qol həddinə çatan 12-ci komandadır.
Qeyd edək ki, “Zirə”nin Premyer Liqada ilk qolu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununa təsadüf edib. Viktor İqbekoyinin yeganə qolu “Zirə”yə 1:0 hesablı qələbə qazandırıb.