featured-image-64926

“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov yubiley oyununa çıxıb.

Msport.az xəbər verir ki, müdafiəçi Ağdam klubunun heyətində Azərbaycan çempionatlarında 250-ci matçını keçirib.

Millimizin üzvünün yubileyi Premyer Liqanın 34-cü turunda “Araz-Naxçıvan”la keçirilən qarşılaşmada (2:0) baş tutub.

Hüseynov 2012-ci ildən şərəfini qoruduğu “Qarabağ”ın heyətində 4 dəfə fərqlənib. O, Azərbaycan çempionatları tarixində eyni klubda ən azı 250 oyun keçirən 6-cı futbolçu olub.

 

1. Maksim Medvedev (“Qarabağ”) – 376 oyun

2. Qara Qarayev (“Qarabağ”) – 305

3. Aslan Kərimov (“Qarabağ”) – 268

4-5. Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) – 254

Riçard Almeyda (“Qarabağ”) – 254

6. Bədavi Hüseynov (“Qarabağ”) – 250

Bənzər xəbərlər