Premyer Liqa: "Turan Tovuz" "Zirə"ni məğlub etdi - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XVII tur davam edir.
Msport.az-ın məlumatına görə, bu gün daha bir oyun keçirilib.
Liderlər qrupunda qərarlaşan “Zirə” aşağı pillələrdə qərarlaşan “Turan Tovuz”un qonağı olub. Tovuz şəhər stadionunda baş tutan görüşün taleyini 1 qol həll edib. Fərid Nəbiyev 76-cı dəqiqədə vurduğu yeganə qolla ev sahiblərinə 1:0 hesablı qələbə qazandırıb.
Bu nəticədən sonra 8-ci pillədə qərarlaşan “Turan Tovuz” xallarının sayını 19-a çatdırıb. “Zirə” isə 29 xalla 2-ci yerdə qalıb.
Qeyd edək ki, tura dekabrın 18-də keçiriləcək “Qarabağ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.
__________________________________
Azərbaycan Premyer Liqasında bu gün XVII turun daha bir matçı baş tutacaq.
Msport.az xəbər verir ki, “Turan Tovuz” doğma azarkeşlər önündə “Zirə” ilə üz-üzə gələcək.
Qarşılaşma saat 18:00-da başlanacaq. Oyunu FIFA referisi Elçin Məsiyev idarə edəcək.
Tovuz klubu 16 xalla 8-ci, paytaxt təmsilçisi 29 xalla 2-ci pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XVII tur
18:00. “Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Kamran Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Qeyd edək ki, tura dekabrın 18-da reallaşacaq “Qarabağ” – “Neftçi” görüşü ilə yekun vurulacaq. Əvvəlki oyunlarda “Səbail” “Qəbələ”ni (3:0), “Araz-Naxçıvan” “Sabah”ı (2:0) məğlub edib. “Kəpəz” – “Sumqayıt” matçında isə qalib müəyyənləşməyib – 1:1.







