Premyer Liqa: XXV tura Tovuzda yekun vurulacaq
Azərbaycan Premyer Liqasında bu gün XXV tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, son gündə bir oyun keçiriləcək.
Elitada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” uğursuz mövsüm keçirən “Neftçi”ni qəbul edəcək. Tovuz şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da başlayacaq.
Hazırda “Neftçi” 27 xalla 6-cı, “Kəpəz” isə 19 xalla 9-cu pillədə qərarlaşır.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Səbail”i, “Qarabağ” “Sumqayıt”ı, “Zirə” “Turan Tovuz”u eyni hesabla (2:0) məğlub edib, “Sabah” – “Araz-Naxçıvan” görüşü heç-heçə (2:2) yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XXV tur
5 mart
17:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Rauf Allahverdiyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Tovuz şəhər stadionu