featured-image-64301

Azərbaycan Premyer Liqasında XXXII tur davam edir.

Msport.az xəbər verir ki, bu gün bir oyun keçiriləcək.

“Kəpəz” “Zirə” ilə qarşılaşacaq. Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da başlayacaq.

Matçın baş hakimi Əliyar Ağayev olacaq. “Zirə” hazırda 61 xalla ikinci pillədə qərarlaşıb. 9-cu yerdə olan Gəncə klubunun isə 28 xalı var.

 

Azərbaycan Premyer Liqası

XXXII tur

26 aprel

 

19:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Kamranbəy Rəhimov

VAR: Rəvan Həmzəzadə

AVAR: Cəmil Quliyev

Hakim-inspektor: Rəhim Həsənov

AFFA nümayəndəsi: Namiq Əliyev

Tovuz şəhər stadionu

 

Qeyd edək ki, turun ötən gün baş tutan “Turan Tovuz” – “Şamaxı” matçı 1:1 hesablı bərabərliklə bitib. XXXII tura aprelin 28-də yekun vurulacaq.

Bənzər xəbərlər