Premyer Liqa: “Zirə” və “Kəpəz” 3 xalı 1 qolla qazandılar
Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turun daha iki oyunu keçirilib.
Msport.az xəbər verir ki, hər iki görüşün taleyini 1 qol həll edib.
“Kəpəz” Gəncədə “Turan Tovuz”u qəbul edib. Qərb derbisini meydan sahibləri 1:0 hesablı qələbə ilə başa vurub. Bununla “Kəpəz” mövsümdə ilk xallarını qazanıb. “Turan Tovuz” isə 4 xalda qalıb.
Digər qarşılaşmada “Zirə” ilə “Neftçi” birincilərin meydanında üz-üzə gəlib. Paytaxt derbisində də birincilər qələbə qazanıb. Mövsümə əla başlanğıc edən “Zirə” 3 matçda 9 xal toplayıb. “Neftçi” isə 6 xalla ikinci sıradadır.
Azərbaycan Premyer Liqası
III tur
30 avqust (bazar)
18:00. “Kəpəz” – “Turan Tovuz” – 1:0
Qol: Viktor Stina, 47
20:15. “Zirə” – “Neftçi” – 1:0
Qol: Qismət Alıyev, 45+3
31 avqust (bazar ertəsi)
18:00. “Araz-Naxçıvan” – “Sabah”
20:15. “Sumqayıt” – “Qarabağ”
29 avqust (şənbə)
18:00. “Qəbələ” – “Şamaxı” – 0:0
20:15. “Şəfa” – “İmişli” – 0:1







