"Bəxt də bizim tərəfimizdə idi" - Valdas Dambrauskas
UEFA Çempionlar Liqasının liqa mərhələsində ikinci tura start verilib. “Sabah” Bakı Olimpiya Stadionunda Bakıda Slaviya” üzərində qələbə qazanıb – 2:0.
Msport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan oyunu dəyərləndirib:
“Matçın əvvəlində yaxşı pressinq tetdik. Rəqibi yaxşı təhlil etmişdik. İlk 20 dəqiqədə topa sahibolma göstəricimiz 60 faiz idi. Bu da rəqibi düzgün analiz etməyimizin nəticəsi idi. Futbolçularımızın oyunboyu diqqətlərini qoruyub saxlamalarını istəyirdik. Çünki “Slaviya” kimi rəqiblər fiziki cəhətdən yüksək səviyyədədirlər. Hesabda önə keçdikdən sonra yenidən hücuma atıldıq. Müəyyən mənada bəxt də bizim tərəfimizdə idi. Bu, möhtəşəm nəticədir. İlk ev oyununda ilk qələbəmizi qazandıq. Bundan yaxşı nə ola bilər?”
– Bu qələbədən sonra niyə də artıq pley-off mərhələsinə vəsiqə qazanmağa ümid edə biləcəyinizi deməyəsiniz?
– İstədiyiniz kimi deyə bilərsiniz (gülür). Hazırda “Qəbələ” ilə səfər matçını və məşqləri düşünürəm. Eyni zamanda, Çempionlar Liqasındakı növbəti oyunumuzu da nəzərə alıram. Azarkeşlərimizə söz verirəm ki, növbəti matçda daha yaxşı çıxış edəcəyik. Bizi Qəbələdə çətin səfər oyunu gözləyir. Bundan sonra isə “Borussiya” ilə qarşılaşacağıq. Mən heç vaxt konkret nəticə vəd etmirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Hazırda mənim üçün ən vacib məsələ sabahkı məşq və “Qəbələ” ilə oyundur. İndi yalnız həmin görüşdə qələbə qazanmaq, yenidən böyük səhnəyə qayıtmaq və uğurlu çıxışımızı davam etdirmək barədə düşünürəm. Başqa heç nə fikirləşmirəm.
– Stiv Solvet və Eyden Makarti müdafiənin mərkəzində çox yaxşı tandem təşkil etdilər. Solveti zədə səbəbindən, yoxsa sarı vərəqəyə görə əvəzlədiniz?
– Stiv bir aydan çox idi ki, oynamırdı. O, çox ciddi zədə almışdı. Futbolçunun daha tez sağalmasına kömək edən yaxşı işlərinə görə “Sabah”ın tibbi heyətinə təşəkkür edirəm. Sadəcə, bu gün onun fiziki göstəriciləri hələ tələb olunan səviyyədə deyildi. Buna görə də onu əvəzləməli olduq.
– Komandanın Çempionlar Liqasındakı fiziki durumunu necə qiymətləndirirsiniz? Bəzi epizodlarda “Slaviya”nın fiziki cəhətdən sizi üstələdiyi görünürdü…
– Məsələ təkcə fiziki göstəricilərlə bağlı deyil. Biz matçda qalib gəldik. Burada taktiki qərarlar və digər amillər də rol oynayır. Deyərdim ki, bu gün möhtəşəm oyun nümayiş etdirdik və layiqli qələbə qazandıq.







