Premyer Liqa: “Zirə” və “Kəpəz” səfər sınağında
Bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda daha iki oyun keçiriləcək.
Msport.az xəbər verir ki, ilk olaraq “Sabah” “Kəpəz”i sınağa çəkəcək.
Saat 17:00-da start götürəcək görüş “Bank Respublika Arena” da reallaşacaq. Paytaxt təmsilçisi 36 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 24 xalı olan gəncəlilər doqquzuncu pillədə yer alıb.
Ardından lider “Qarabağ” ən yaxın izləyicisi “Zirə”ni Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Matç saat 19:30-da başlayacaq. Ağdamlılar 67 xalla turnir cədvəlinə başçılıq edir. 55 xala malik “Zirə” ikinci yerdədir.
Qeyd edək ki, turun açılış qarşılaşamasında “Səbail” doğma meydanda “Turan Tovuz”la qolsuz heç-heçə edib.
Azərbaycan Premyer Liqası
XXIX tur
6 aprel
17:00. “Sabah” – “Kəpəz”
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
VAR: Nicat İsmayıllı
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Bank Respublika Arena”
19:30. “Qarabağ” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Tofiq Bəhramov adına Respublika stadionu