featured-image-70540

İngiltərə Premyer Liqasında sentyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib. Msport.az xəbər verir ki, “Mançester Siti”nin hücumçusu Erlinq Holand ötən ayın ən yaxşısı olub.

O, Premyer Liqada sentyabrda keçirilmiş 3 oyunda 5 qol vurub.

Qeyd edək ki, “Mançsester Siti” 7 turdan sonra 13 xalla 5-ci yeri tutur. Turnir cədvəlinə 16 xalı olan “Arsenal” başçılıq edir.

Holand bu mövsüm İngiltərə çempionatında 7 matçda 9 dəfə fərqlənib.

 

Bənzər xəbərlər