Premyer Liqamızda iki oyunun saatı dəyişdirildi
“Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”nın elektrik təchizatında problem yarandığı üçün Azərbaycan Premyer Liqasının XIV turunun proqramında dəyişiklik edilib.
Msport.az xəbər verir ki, belə ki, “Səbail klubunun müraciəti əsasında “Kəpəz” PFL tərəfindən məlumatlandırılıb və əvvəlcədən 18:30-da başlanması nəzərdə tutulan oyunun 14:00-da başlanmasına qərar verilib.
Bundan əlavə, təşkilati məsələlər ilə bağlı 16-cı turun “Zirə” – “Araz Naxçıvan” oyununun startı 18:00-dan 17:00-a keçirilib.







