Premyer Liqamızda XVII tur heç-heçə ilə başladı - YENİLƏNDİ
Azərbaycan Premyer Liqasında XVII tur bu gün başlayıb.
Msport.az xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Kəpəz”in qonağı olub.
Tovuz şəhər stadionundakı qarşılaşmada qalib müəyyənləşməyib.
Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisi 24 xalla 4-cü, Gəncə klubu isə 14 xalla 9-cu pillədə qalıb.
Azərbaycan Premyer Liqası
XVII tur
15:30: “Kəpəz” – “Sumqayıt” – 1:1
Qollar: Georgi Papunaşvili, 43 – Roi Kehat, 20
Qeyd edək ki, XVII turun digər matçları 15, 16 və 18 dekabrda gerçəkləşəcək.







