featured-image-40881

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun daha iki oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Qəbələ”ni qəbul edəcək. “ASCO Arena”dakı qarşılaşma saat 13:00-da başlanacaq. “Dənizçilər” 23 xalla 5-ci, “qırmızı-qaralar” 11 xalla 10-cu pillədə qərarlaşıb.

Növbəti görüşdə “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Meydan sahibləri 23 xalla 6-cı, qonaqlar 22 xalla 7-cidir.

Azərbaycan Premyer Liqası

XVII tur

13:00. “Səbail” – “Qəbələ” – 0:3
Qollar: Yadin Luqasi, 18. İlkin Qırtımov, 52 (avtoqol). Aleksandr Ramalinqom, 60
Qırmızı vərəqə: Samuel Tete, 35 (“Qəbələ”)
Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Asiman Əzizli, Emin Əliyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“ASCO Arena”

15:00. “Araz-Naxçıvan” – “Sabah” – 1:0 (FASİLƏ)
Qol: Boyan Letiç, 39 (avtoqol)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Teymur Teymurov, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Dalğa Arena”

Qeyd edək ki, ötən gün “Sumqayıt” “Kəpəz”lə heç-heçə edib – 1:1. Turun digər qarşılaşmaları 16 və 18 dekabrda gerçəkləşəcək.

Bənzər xəbərlər