featured-image-7224

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki “Olimpiya” (Lyublyana) klubundan istefaya göndərilib.

Msport.az xəbər verir ki, bu barədə Sloveniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xorvatiyalı mütəxəssisin qovulmasına səbəb klubun fəlsəfəsinə və dəyərlərinə hörmət etməməsi göstərilib. Onun təlim-məşq toplanışı zamanı səhərə kimi spirtli içki içdiyi, siqaret çəkdiyi, kart oynadığı və komandanı vaxtında məşqə çıxarmadığı iddia edilib.

Xorvatiyalı mütəxəssis isə mətbuat konfransında klub prezidentini ittiham edib: “Heç vaxt belə yalançı və fırıldaqçılarla işləməmişəm”.

Robert Prosineçki 3 ay əvvəl “Olimpiya”nın baş məşqçisi postuna təyin olunmuşdu.

Bənzər xəbərlər