featured-image-81293

PSJ “Parma”nın qapıçısı Dzion Suzukinin transferi gerçəkləşdirib.

Msport.az xəbər verir ki, 23 yaşlı yaponiyalı qapıçının transferi PSJ-yə 35 milyon avroya başa gəlib.

Suzuki PSJ-yə keçdikdən dərhal sonra icarəyə göndəriləcək. Onun ən real icarə variantının “Yuventus” olduğu bildirilir. Turin klubu qapıçı ilə maraqlanan əsas namizəddir.

Qeyd olunur ki, Suzuki 2024-cü ilin yayında 7,5 milyon avro qarşılığında Belçikanın “Sent-Trüden” klubundan “Parma”ya keçib. Ötən mövsüm 22 oyunda meydana çıxan qapıçı 30 qol buraxıb və 6 matçda qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər