PSJ-dən 13-cü çempionluq!
Fransa Liqa 1-də 2024-25 mövsümünün çempionu müəyyənləşib.
Msport.az xəbər verir ki, PSJ sona 7 tur qalmış titulunu rəsmiləşdirib.
Paris klubu 28-ci turda öz meydanında “Anje”yə 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qola 55-ci dəqiqədə Desire Due imza atıb.
Keçirdiyi oyunlarda 23 dəfə qələbə qazanıb, 5 dəfə heç-heçə edən PSJ hələ məğlub olmayıb.
Bununla komanda tarixində 13-cü dəfə Fransa çempionluğunu qazanıb. Parislilər ardıcıl 4-cü dəfə bu titula yiyələnib.