featured-image-1968

Futbol üzrə Fransa çempionatında 34-cü tura start verilib.

Msport.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lion “Olimpik”i doğma meydanda “Monpelye” ilə qarşılaşıb və darmadağına sevinib. “Monako” isə səfərdə “Sent-Etyen”i böyük hesabla yenib.

Lider PSJ də bu gün meydana çıxıb. Paris təmsilçisi evdə “Lans”la qarşılaşıb. PSJ bu oyunda qələbəni son anda əldən verib. Amma bu heç-heçə də Paris klubunun vaxtından əvvəl çempionluğu rəsmiləşdirməsinə mane olmayıb. Maurisio Poçettinonun yetirmələri 34 turdan sonra 78 xal toplayıb. 62 xalla ikinci pillədə qərarlaşan “Marsel” PSJ-yə çatmaq üçün riyazi şanslarını belə itirib.

Fransa Liqa 1
34-cü tur

23 aprel

Olimpik (Lion) – Monpelye 5:2
Qol: Dembele, 26. Mendes, 43. Auar, 63; 90+1. Ekambi, 68 – Vahi, 45+1. Savanye, 45+3.

Sent-Etyen – Monako 1:4
Qol: Xazri, 42-pen – Ben Yedder, 23. Volland, 25. Kolodzeyçak, 61-öz qapısına. Boadu, 77.

PSJ – Lans 1:1
Qol: Messi, 68 – Jan, 88.

24 aprel

15:00. Renn – Loryan
17:00. Klermon – Anje
17:00. Mets – Brest
17:00. Nant – Bordo
17:00. Nitsa – Trua
19:05. Lill – Strasburq
22:45. Reyms – Olimpik (Marsel)

Bənzər xəbərlər