featured-image-78523

PSJ Çempionlar Liqasının qalibi olsa, futbolçuların alacağı mükafatın məbləği məlum olub.

Msport.az xəbər verir ki, bu barədə L`Equipe nəşri məlumat yayıb.

Paris klubu mayın 30-da keçiriləcək “Arsenal”la final matçında qalib gəlsə, hər futbolçuya 1 milyon avro mükafat veriləcək.

Fransa klubunun üzvləri ötən il finalda “İnter”i məğlub edərkən (5:0) də eyni miqdarda bonus almışdılar.

Qeyd edək ki, final örüşü Budapeştdəkki “Puşkaş Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bənzər xəbərlər