featured-image-78042

Ötən gecə Fransada Liqa 1-də mövsümün qalibi müəyyənləşib.

Msport.az xəbər verir ki, 29-cu turundan təxirə salınmış matçda PSJ ən yaxın izləyicisi “Lans”ı səfərdə 2:0 hesabı ilə məğlub edib.

Bununla da  sona 1 tur qalmış Luis Enrikenin komandasının çempionluğu rəsmiləşib.

PSJ  ardıcıl 5-ci, ümumilikdə isə 14-cü dəfə çempion adını qazanıb. Paytaxt təmsilçisi son 14 ildə 12 dəfə çempion olub ki, bu, Fransa tarixində rekord göstəricidir.

Bənzər xəbərlər