PSJ ilə 40-cı titul
PSJ-nin mərkəz müdafiəçisi və kapitanı Markinyos komandanın heyətində 40-cı titulunu qazanıb.
Msport.az xəbər verir ki, 32 yaşlı braziliyalı futbolçu PSJ-nin UEFA Superkubokunda “Aston Villa”ya 2:1 hesabı ilə qalib gəldiyi görüşdə bu uğura imza atıb.
O, Paris təmsilçisinin tərkibində 11 dəfə Liqa 1-in, 10 dəfə Fransa Superkubokunun, 8 dəfə Fransa Kubokunun, 6 dəfə Liqa Kubokunun, 2 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə UEFA Superkubokunun və 1 dəfə Qitələrarası Kubokun qalibi olub.
Qeyd edək ki, Markinyos PSJ tarixinin ən titullu futbolçusudur. Bu, braziliyalı oyunçunun karyerasında ümumilikdə 41-ci mükafatı olub. O, futbol tarixində qazanılan kubokların sayına görə Dani Alveşə (41) çatıb və yalnız Lionel Messidən (45) geri qalır.







