PSJ isveçli futbolçunu istəyir
PSJ DÇ-2026-nın ilk turunda adından söz etdirən Yasin Ayari üçün hərəkətə keçib.
Msport.az xəbər verir ki, mundialın ilk turunun İsveç – Tunis (5:1) görüşündə diqqətləri özünə çəkən 22 yaşlı yarımmüdafiəçi bu yay Parisin yolunu tuta bilər.
Çempionlar Liqasının qalibi Ayari üçün “Brayton”la danışıqlara başlayıb. Transfer qiyməti 35 milyon avro olan Yasinin PSJ-yə keçib-keçməyəcəyi DÇ-dən sonra dəqiqləşəcək. Futbolçunun meneceri PSJ rəsmilərinə Ayarinin mundiala fokuslandığını bildirib.
İsveçdə dünyaya gələn Yasin əslən Tunisdəndir. O, AİK (İsveç), “Brayton”, “Koventri”, “Blekbern” klublarında çıxış edib.







