featured-image-80909

PSJ “Monako”nun yarımmüdafiəçisi Manes Akliuşun transferi ilə bağlı danışıqlar aparır.

Msport.az xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədir.

Tərəflər detalları razılaşdıran kimi 24 yaşlı futbolçu PSJ-yə keçəcək. M.Akliuş 2017-ci ildən “Monako”dadır, əsas komandada isə 2022-ci ildən çıxış edir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 43 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Dəyəri 50 milyon avro olaraq qiymətləndirilən fransalı oyunçunun “Monako” ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Bənzər xəbərlər