featured-image-6833

PSJ klubu Neymara yay transfer “pəncərə”sində futbolçunu icarəyə vermək istədikləri haqqında məlumat verib. Msport.az “El Pais”ə istinadən xəbər verir ki, Paris təmsilçisi 30 yaşlı hücumçunun əməkhaqqısını icarə müddətində ödəmək fikrindədir.

Artıq PSJ rəhbərliyinin Neymarın atasına bu haqda xəbər verdikləri bildirilir.

Qeyd edək ki, PSJ-nin rəhbəri Nasser Əl-Xelayfi bu yaxınlarda verdiyi müsahibədə “braziliyalı oyunçu klubun yeni proektinin tərkib hissəsi olacaqmı” sualına cavab vermək istəməmişdi. Bu, Neymarın xoşuna gəlməyib.

Braziliya millisinin üzvü ilə maraqlanan klublar arasında “Çelsi” və “Mançester Yunayted”in adı çəkilir.

 

Bənzər xəbərlər