PSJ-nin ÇL-də ən çox qol vuran futbolçusuna çevrildi
Kilian Mbappe Fransanın PSJ klubunun UEFA Çempionlar Liqasında ən çox qol vuran futbolçusuna çevrilib.
Msport.az xəbər verir ki, 24 yaşlı hücumçu buna ÇL-in qrup mərhələsinin 4-cü turu çərçivəsində Portuqaliya “Benfika”sına qarşı keçirdikləri ev oyununda (1:1) nail olub.
39-cu dəqiqədə penaltidən fərqlənən fransalı forvard Paris təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirindəki qollarının sayını 31-ə çatdırıb. Mbappe hazırda İspaniya “Valensiya”sında çıxış edən Edinson Kavanini (30 qol) geridə qoyub.
Mbappe 2017-ci ildən PSJ-də çıxış edir.