PSJ-nin qapıçısından ukraynalı qaçqınlara dəstək
PSJ-nin qapıçısı Keylor Navas Ukraynadan gələn məcburi köçkünlərə kömək edib.
Msport.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb. Kosta-Rikalı qolkiper Parisdəki evində 30 nəfəri qəbul edib.
Futbolçu evindəki kino zalında 30 çarpayı yerləşdirib. Navasın həyat yoldaşı Andrea Salas ukraynalılar üçün yemək hazırlayaraq onlarla birlikdə dua da edib.