PSJ “Portu”nun futbolçusunu transfer etdi
“Portu”nun yarımmüdafiəçisi Vitinya PSJ-yə transfer olunub. Msport.az Paris klubunun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə anlaşma 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Vitinyanın keçidi Fransa komandasına 40 milyon avroya başa gəlib.
“Portu”nun yetirməsi hesab olunan yarımmüdafiəçinin Portuqaliya klubu ilə 2024-cü ilin iyununa kimi müqaviləsi var idi. O, ötən mövsüm icarə əsasında İngiltərə “Vulverhempton”unda çıxış edib.
Vitinya 2021-2022-ci illər mövsümündə bütün turnirlərdə 47 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.