PSJ qapıçısını transferə çıxarır
PSJ yay transfer pəncərəsində qapıçı Lukas Şevalye üçün variantları araşdırmaq niyyətindədir.
Msport.az xəbər verir ki, 24 yaşlı qapıçı mövsümün sonunda transfer olunarsa, Fransa klubu təkliflərə açıqdır.
Şevalye ötən yay “Mançester Siti”yə keçən Canluici Donnarummanın yerinə 55 milyon avroya PSJ-yə qoşulub. Lakin fransız qapıçı özünü tam şəkildə təsdiqləyə və komandanın start heyətində yerini tuta bilməyib.
Oyunçunun özü də ehtiyat qapıçı rolunu qəbul etmək istəmir və klubunu dəyişmək qərarına gələ bilər.
Şevalyenin PSJ ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.







