featured-image-2239

PSJ-nin müdafiəçisi Serxio Ramos etiraf edib ki, Paris klubunda adaptasiyası çətin olub. Msport.az “l Equipe”yə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ilk günlərin çətin keçdiyini deyib:

“Mən bura gəldikdən sonra çox az müddət formada oldum. Səbirsizliklə meydana dönüb bacarığımı göstərəcəyim günü gözləyirəm. PSJ-yə adaptasiya olmaq mənim üçün çətin oldu. Uzun illər başqa klubda oynadım. Orda hər şey nəzarətim altında idi: ev, personal, komanda, uşaqlar, onların məktəbi. Paris kimi gözəl şəhərdə böyük dəyişiklik etmək asan deyil. Biz uzun müddət özümüzə ev axtardıq. Amma sonda adaptasiya yaxşı keçdi”.

Xatırladq ki, Ramos ötən yay Fransa klubuna azad agent kimi keçib. Müdafiəçinin PSJ ilə müqaviləsi 2023-cü ilə kimidir.

Bənzər xəbərlər