featured-image-78995

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino DÇ-2026-nın Paraqvayla ilk oyununda (4:1) zədələnən Kristian Pulişiçin vəziyyətindən danışıb.

Msport.az xəbər  verir ki, 27 yaşlı futbolçu fasilədə əvəzlənib. O, birinci hissədə qol ötürməsi ilə yadda qalmışdı.

“O birinci hissənin sonlarında baldır zədəsinə ağır zərbə aldı və spazm hiss etdi. Biz risk etmək istəmədik, Pulişiç çətinliklə yeriyirdi.

Ümid edirəm ki, bu çox da ciddi problem olmayacaq və o, növbəti oyuna hazır olacaq”.

Qeyd edək ki, ABŞ 1930-cu ildən sonra ilk dəfə dünya çempionatında 3 top fərqlə qalib gəlib.

Bənzər xəbərlər