"Pulu olmadığı halda istədiyi hər oyunçunu alan tək klub "Barselona"dır" - Naqelsmann
“Bayern Münhen”in baş məşqçisi Yulian Naqelsmann “Barselona”nın transfer siyasətini tənqid edib.
Msport.az xəbər verir ki, 34 yaşlı mütəxəssis belə deyib:
“Pulu olmadığı halda istədiyi hər oyunçunu alan tək klub “Barselona”dır. Bu, necə olur, bilmirəm. Bir az qəribədir, bir az da ağılsızcasına”.
Xatırladaq ki, “Barselona” “Bayern Münhen”dən Robert Levandovskini transfer edib. Kataloniya klubu polşalı hücumçuya görə 45 milyon +5 milyon avro xərclədi.