featured-image-828

Qadınlar arasında Çempionlar Liqasının 1\4 final mərhələsinin “Barselona” – “Real” oyununda tamaşaçı sayına görə, dünya rekordu yenilənib.

Msport.az xəbər verir ki, matçı “Kamp Nou”da 91 533 azarkeş izləyib. Bu, qadın futbolu tarixində rekord göstərici olub.

Qeyd edək ki, əvvəlki rekord 1999-cu ildə dünya çempionatının finalında ABŞ – Çin görüşündə qeydə alınmışdı. Həmin vaxt qarşılaşmanı 90 185 azarkeş izləmişdi.

“Barselona” “Real” üzərində 5:2 hesabı ilə qələbə qazanaraq Çempionlar Liqasında yarımfinala yüksəlib.

Bənzər xəbərlər