"Qalatasaray" - "Barsa" oyununu kimlər izləyəcək? - FOTO
Bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq Avropa Liqasınnı 1/8 final mərhələsinin “Qalatasaray” – “Barselona” oyununa böyük maraq var.
Msport.az xəbər verir ki, artıq “Nef Arena”da keçiriləcək matça bütün bilətlər satılıb qutarıb. Görüşü hər iki klubun bir çox əfsanəvi futbolçularının izləməsi də gözlənilir.
Məşhur iş adamı Erden Timurun dəvəti ilə həm “Barselona”, həm də “Qalatasaray” formasını geymiş George Haci oyunu tribunadan izləyəcək. “Qalatasaray”ın UEFA kubokunu qazandığı il əsas oyunçulardan olan George Popesku da İstanbula gəlib.
Qeyd edək ki, “Kamp Nou”dakı ilk oyunda hesab açılmamışdı.