“Qalatasaray”da itki – Gündoğan sıradan çıxdı
“Qalatasaray” “Budyo Qlimt”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyunundan əvvəl itki ilə üzləşib.
Msport.az xəbər verir ki, İlkay Gündoğan zədələnib.
34 yaşlı yarımmüdafiəçi məşqdə zədələnib. Onun bugünkü matçda meydana çıxmayacağı bildirilib.
Qeyd edək ki, “Qalatasaray” – “Budyo Qlimt” matçı Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.