featured-image-2407

“Qalatasaray” klubunda aprelin 30-da keçirilməsi planlaşdırılan prezident seçkisi baş tutmayacaq.

 Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Apellyasiya Məhkəməsi Ümumi Yığıncaqla bağlı qərarını açıqlayıb.

Məhkəmə İstanbul klubunda seçkinin sabah baş tutmayacağını bildirib.

Qeyd edək ki, “Qalatasaray”da  hazırkı prezident Burak Elmasın fəaliyyətinin İdarə Heyəti tərəfindən müsbət rəy almadığı üçün prezident seçkilərinin keçirilməsinə ehtiyac duyulub. Məhkəmə aprelin 19-da seçkini ləğv etsə də, Asliye Hüquq Məhkəməsi prosesin baş tuta biləcəyini açıqlamışdı.

Bənzər xəbərlər