“Qalatasaray”-“Fənərbağça”ya qarşı
Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək.
Msport.az xəbər verir ki, “Qalatasaray” öz meydanında prinsipial rəqibi “Fənərbağça”nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
“Qalatasaray” 30 turdan sonra 71 xalla turnir cədvəlinə başçılıq edir. “Fənər” 67 xalla 2-ci pillədədir.







