featured-image-78583

“Qalatasaray”ın yarımmüdafiəçisi Qabriel Sara “Aston Villa”nın maraq dairəsinə düşüb.

Msport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi braziliyalı futbolçu ilə bağlı danışıqlara başlamağa hazırlaşır.

Baş məşqçi Unay Emeri yarımmüdafiə xəttini gücləndirmək istəyir. “Qalatasaray” 35 milyon avro civarında danışıqlar aparmağa hazırdır.

Qabriel Sara daha əvvəl “Norviç Siti”nin formasını geyinib. O, Çempionşipdə 86 oyunda 20 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb. 2024-cü ildə “Qalatasaray”a keçən braziliyalı futbolçu Türkiyə təmsilçisində iki Superliqa çempionluğu yaşayıb.

Qeyd edək ki, Sara ötən mövsüm Çempionlar Liqasında “Liverpul”a qarşı iki qələbədə start heyətində yer alıb. Onun turnirdəki qol və məhsuldar ötürməsi isə “Yuventus” üzərində 5:2 hesablı qələbədə qeydə alınıb.

Bənzər xəbərlər