“Qalatasaray” İzmir səfərindən qələbə ilə döndü
Futbol üzrə Türkiyə Super Liqasında 34-cü turun oyunları keçirilir. Msport.az xəbər verir ki, bazar günü dörd qarşılaşma baş tutub.
“Antalyaspor” – “Kayserispor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Beş qolun qeydə alındığı “Yeni Malatyaspor” – “Konyaspor” matçında qonaqlar qələbə qazanıblar.
“Başakşəhər” doğma meydanda “Hatayspor”u darmadağın edib. Səfərdə “Altay”la qarşılaşan “Qalatasaray” isə 3 xalı tək qolla qazanıb.
Türkiyə Super Liqası
34-cü tur
22 aprel
Rizəspor – Fənərbaxça 0:6
Qol: D.Rossi, 9. S.Dursun, 45+3; 45+9-pen; 51. Valensiya, 65. Sanqare, 76.
23 aprel
Fatih Karagümrük – Girəsunspor 2:1
Qol: Peşiç, 52-pen. C.Durmaz, 65 – Çikinyo, 48.
Qaziantep – Göztəpə 1:1
Qol: Fiqeyredo, 90+6 – Yahoviç, 90+2.
Adana Dəmirspor – Trabzonspor 1:3
Qol: Varqas, 75 – B.Peres, 7. Kornelius, 12. Djanini, 61.
24 aprel
Yeni Malatyaspor – Konyaspor 2:3
Qol: Tette, 47. Dikko, 63 – A.Bardakçı, 7. Koka, 37. Şkubiç, 59.
Başakşəhər – Hatayspor 3:0
Qol: D.Türüç, 65; 88. M.Təkdəmir, 77.
Altay – Qalatasaray 0:1
Qol: K.Aktürkoğlu, 8.
Antalyaspor – Kayserispor 1:1
Qol: Rayt, 56 – Attamah, 52.
25 aprel
21:30 Beşiktaş – Kasımpaşa
21:30 Sivasspor – Alanyaspor