featured-image-6735

“Roma”nın hücumçusu Stefan Əl-Şəəravi karyerasını Türkiyədə davam etdirə bilər. Msport.az “Football İtalia”ya istinadən xəbər verir ki, “Qalatasaray” 29 yaşlı forvardın xidmətlərində maraqlıdır.

Mənbənin sözlərinə görə, İstanbul klubu Əl-Şəəravi ilə bağlı artıq İtaliya təmsilçisinə müraciət göndərib.

Son vaxtlar Türkiyə təmsilçiləri italiyalı futbolçular və baş məşqçilərlə daha çox maraqlanmağa başlayıblar. Artıq Andrea Pirlo bu ölkəyə gəldi, bundan əvvəl Mario Balotelli, Fabio Borini kimi futbolçular Super Liqada çıxış edirdi.

Əl-Şəəravi 2021-ci ilin yanvarından “Roma”da çıxış edir. O, əvəllər “Cenoa”, “Milan” kimi klublarda forma geyinib. “Transfermarkt” onun dəyərini 6 milyon avro qiymətləndirir.

Bənzər xəbərlər