“Qalatasaray” sabah Okan Buruku təqdim edəcək
“Qalatasaray”ın baş məşqçi postuna Okan Buruk keçəcək.
Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu sabah yeni baş məşqçisini azarkeşlərə təqdim edəcək. İmzalanma mərasimi “Nef” stadionunda keçiriləcək.
Okan bunadən “Elazığspor”, “Qaziantepspor”, “Sivasspor”, “Göztepe”, “Akhisarspor”, “Rizespor” və “Başakşehir” klublarını çalışdırıb. O, “Qalatasaray”ın heyətində 2000-ci ildə UEFA kubokunun sahibi olub.