featured-image-81893

“Qalatasaray” Portuqaliya millisinin üzvü Rafael Leaunu transfer edir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano nəlumat yayıb.

Onun sözlərinə görə, İstanbul klubu 27 yaşlı futbolçunun keçidi ilə bağlı “Milan”la razılığa gəlib. “Qalatasaray” sol cinah oyunçusuna görə, bonusları nəzərə almasaq, 45 milyon avro ödəyəcək.

Müqavilənin detalları barədə danışıqlar bu gün də davam etdiriləcək. Leaunun “Aston Villa”dan da təklifi olduğundan son qərarı futbolçu özü verəcək.

“Qalatasaray” portuqaliyalı vingerlə 2030-cu ilədək müqavilə bağlamaq istəyir.

“Aston Villa” isə Leaunu “Milan”dan icarəyə götürməyi planlaşdırır.

 

 

Bənzər xəbərlər