“Qalatasaray” “Yuventus”ın futbolçusunu istəyir
“Qalatasaray” “Yuventus”un yarımmüdafiəçisi Kefren Türama elçi düşüb.
Msport.az xəbər verir ki, Türkiyə klubu 25 yaşlı fransız futbolçuya ciddi maraq göstərir və onun transferi üçün təxminən 30 milyon avro təklif edib.
Lakin o, yay transfer pəncərəsi zamanı “Qalatasaray”a keçməkdə maraqlı deyil və “Yuventus”da oynamağa davam etməkdə qərarlıdır.
Baxmayaraq ki, Turin klubu liderini satmağı istisna etmir. Bildirilir ki, “Yuventus” ayın sonuna qədər maliyyə göstəricilərini yaxşılaşdırmalıdır. Ona görə də rəhbərlik bir neçə vacib oyunçu üçün təklifləri dinləməyə hazırdır.
İddiaya görə, məcburi ayrılacağı təqdirdə, Türam İngiltərə Premyer Liqasına üstünlük verəcək. Ötən mövsüm ərzində fransız futbolçunu “Liverpul”, “Nyukasl”, “Aston Villa” və “Nottinqem Forest” yaxından izləyirdi.
“Yuventus” yarımmüdafiəçiyə ən azı 40 milyon avro dəyərində qiymət qoyub.







