Qana millisinin müdafiəçisi “Fənərbağça”da
“Fənərbağça” Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır.
Msport.az xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın “Nitsa” klubu ilə anlaşıb.
Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağı gözlənilir.
Qeyd edək ki, Koco Pepra Opponq 2025-ci ildən “Nitsa”da çıxış edir.







